Yaponiya xalqının hökumətə dəstəyi 2024-cü il oktyabrın 1-də Siqeru İsibanın baş nazir vəzifəsinə başlamasından bəri ən aşağı səviyyəyə düşüb.
QAZİLER.AZ “Report”-a istinadən verdiyi məlumata görə, son ictimai rəy sorğusuna əsasən, respondentlərin yalnız 27,6 faizi hökumətin işini bəyənir.
Halbuki, fevralda bu göstərici 39,6% təşkil edib.
Bununla yanaşı, mart ayında hökumətin fəaliyyətini mənfi qiymətləndirən vətəndaşların sayı 16 faiz bəndi artaraq 57,8 faizə çatıb.
Bundan əvvəl hakim Liberal Demokrat Partiyasına (LDP) rəhbərlik edən İsibanın LDP millət vəkillərinə təxminən 670 dollar dəyərində hədiyyə sertifikatları paylayıb. Baş nazirin ofisi bunun qanuni olduğunu bildirsə də, hədiyyə paketi cəmiyyətdə mübahisələrə səbəb olub. Odur ki, sorğunun nəticələrinə görə, respondentlərin 71,6 faizi bu təcrübənin əleyhinə olub.
Sorğuda iştirak edənlərin 78,5%-i LDP hökumətinin siyasi maliyyələşdirmə ilə bağlı problemləri həll etmək qabiliyyətinə şübhə etdiyini bildirib.