Ənsarullah hərəkatı (husilər) Təl-Əvivin Ben Qurion hava limanına səsdən sürətli raketlə hücum edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə hərəkat özü açıqlama yayıb.
“Biz işğal altındakı Yaffa bölgəsində yerləşən Ben Qurion hava limanını Fələstin-2 hipersəs ballistik raketi ilə vurduq. Bütün aviaşirkətlərə xəbərdarlıq edirik ki, Ben Qurion hava limanı hava hərəkəti üçün təhlükəli hala düşüb və belə də qalacaq”, - husilərin yaydığı bəyanatda bildirilib.
Qeyd edək ki, hücumun nəticələri ilə bağlı məlumat yoxdur.