Putin Trampa görün nə hədiyyə göndərib: kilsədə onun üçün dua edib və...

Putin Trampa görün nə hədiyyə göndərib: kilsədə onun üçün dua edib və... backend

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff Moskvada Rusiya lideri Vladimir Putinlə görüşünün təfərrüatlarını bölüşüb. Məlum olub ki, Rusiya prezidenti onun vasitəsilə amerikalı həmkarı üçün nəzərdə tutulan hədiyyə göndərib.

QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Uitkoff bu barədə jurnalist Taker Karlsona müsahibəsində danışıb.

Hədiyyənin Rusiyanın aparıcı rəssamından sifariş edilmiş portret olduğu qeyd edilir.

Uitkoff bildirib ki, Putin hədiyyəni təhvil verərkən Trampa qarşı sui-qəsd təşkil edilən zaman ondan narahat olduğunu da bildirib. Rusiya prezidenti Trampın güllələndiyi məlum olanda kilsəyə gedib və onun üçün dua edib.

"O, mənə bir əhvalat danışdı. Prezident Tramp güllələnəndə kilsəyə gedib, keşiş ilə görüşüb və ABŞ prezidenti olacağına görə deyil, onunla dostluq etdiyinə etdiyinə görə onun üçün dua edib", - Uitkoff vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, Putin ilk prezidentlik dövründə Trampa hədiyyə verib. Rusiya lideri ona Rusiyada keçirilən dünya çempionatından top hədiyyə edib. Lakin bu yaxınlarda məlum olub ki, Amerika kəşfiyyatı Trampa bu hədiyyəni Ağ Evdə saxlamağa icazə verməyib

Diaspora