İran husiləri silahlandırmağı dərhal dayandırmalıdır - Tramp

İran husiləri silahlandırmağı dərhal dayandırmalıdır - Tramp backend

“Əlimizdə məlumatlar var ki, İran hərbi texnika təchizatının intensivliyini və husilərə ümumi dəstəyi azaltsa da, onlara hələ də böyük həcmdə təchizat göndərirlər”.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“İran bu təchizatların göndərilməsini dərhal dayandırmalıdır. Qoy husilər bunu özləri həll etsinlər. İstənilən halda itirəcəklər, amma bu halda daha tez itirəcəklər. Husi barbarları çox böyük zərər görüb və onların getdikcə daha da pisləşəcəyini izləyin. Bu, ədalətli mübarizə deyil və heç vaxt da olmayacaq. Onlar tamamilə məhv ediləcəklər! - ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, ABŞ bu yaxınlarda Yəmən ərazisinə hava zərbələri endirib.

Həmçinin ABŞ prezidenti Donald Tramp İsrail gəmilərinin Qırmızı dənizdən keçməsinə mane olan Yəmən husilərinin hərəkətlərində İranı günahlandırıb.

QAZİLER.AZ

Diaspora