ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməyə davam edəcək

ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməyə davam edəcək backend

ABŞ Ukraynanı onun müdafiəsi üçün lazım olan kəşfiyyat məlumatları ilə təmin etməyə davam edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinq zamanı bildirib.

“Ukraynanın müdafiəsi maraqları naminə kəşfiyyat məlumatlarının mübadiləsi davam edəcək”, - Levitt qeyd edib.

Martın 19-da Rusiya və ABŞ liderləri Qara dənizdə atəşkəslə bağlı texniki məsləhətləşmələrə başlamaq, eləcə də hərbi əməliyyatların tam dayandırılması və uzunmüddətli sülhün bərqərar olması imkanlarını müzakirə etmək barədə razılığa gəliblər.

QAZİLER.AZ

Diaspora