Zelenski Trampdan "Patriot" istəyib

Zelenski Trampdan "Patriot" istəyib backend

Ukrayna lideri Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Vaşinqtondan əlavə hava hücumundan müdafiə vasitələri istəyib və Amerika lideri bu məsələ üzərində işləməyə razılaşıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinq zamanı bildirib.

O, Zelenskinin Trampdan əlavə “Patriot” sistemləri istəməsinə aydınlıq gətirib.

Qeyd edək ki, martın 19-da Tramp Zelenski ilə telefon danışığı aparıb. Amerika prezidentinin sözlərinə görə, söhbət Moskva və Kiyevin münaqişənin həlli ilə bağlı mövqelərində yaxınlaşdırılmasına yönəlib.

QAZİLER.AZ

Diaspora