Çinin Tayvanı işğal edəcəyi TARİX açıqlanıb

Çinin Tayvanı işğal edəcəyi  TARİX açıqlanıb backend

Tayvanın Müdafiə Nazirliyi Çinin 2027-ci ildə hərbi işğala başlayacağına inanır.

Qaziler.az xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb. Qeyd olunub ki, tarix illik hərbi təlimlər çərçivəsində elan edilib.

“Təlimlər bu yay iki dəfə 10 günə qədər davam edəcək və bu, Çinin özünün iddia etdiyi bölgədə hərbi hazırlığa diqqətin artdığını göstərir”, - materialda deyilib.

Qeyd olunub ki, Tayvan hakimiyyətinin Çinin ehtimal edilən işğalının tarixlərini dərc etmək qərarı müəyyən siqnal kimi qiymətləndirilə bilər. Belə bir siqnal müdafiə xərclərinin artırılması çağırışı kimi də qəbul edilə bilər.

QAZİLER.AZ

Diaspora