Onlar İŞİD-ə müharibə elan etdi

Onlar İŞİD-ə müharibə elan etdi backend

“Anonim” haker qrupu video yayaraq, Parisdə 132 nəfərin ölümünə səbəb olan teraktdan sonra İŞİD terror təşkilatına müharibə elan etdiyini bildirib. Axar.az xəbər verir ki, videoda “Anonim” üzvlərinin ənənəvi maskasını (“V for Vendetta”) taxan hakerin fransızca bu sözləri dediyi eşidilir:


“Siz bilməliydiniz ki, biz sizi tapacağıq və getməyinizə imkan verməyəcəyik. Biz sizə qarşı ən böyük əməliyyata başlayacağıq. Kütləvi kiber hücumlar gözlənilir. Müharibə elan olundu. Hazırlaşın. Fransız xalqı sizdən çox güclüdür”.

Həmin videonun haker qrupunun rəsmi Yutub səhifəsində niyə olmadığı isə məlum deyil.

Qeyd edək ki, Parisdə karikatura jurnalı “Şarli Hebdo”ya hücumdan sonra İŞİD-ə qarşı onlayn kampaniya başladan qrup indiyə qədər İŞİD-in 149 saytını, 101.000 Tvitter hesabını dağıdıb, 5.900 videosunu silməyə nail olub.


Diaspora