İtaliya adası yaxınlığında qəza: Ölən və itkin düşən miqrantlar var

İtaliya adası yaxınlığında qəza: Ölən və itkin düşən miqrantlar var backend

İtaliyanın Lampeduza adası yaxınlığında miqrantları daşıyan rezin qayıqla bağlı insident baş verib, nəticədə ölənlər və itkin düşənlər var.

Qaziler.az bildirir ki, bu barədə martın 19-da BMT-nin Qaçqınlar üzrə Agentliyinin nümayəndəsi "Reuters"ə  məlumat verib. 

BMT-nin Qaçqınlar üzrə Agentliyi qəza nəticəsində azı 6 miqrantın öldüyünü, daha 40 miqrantın isə itkin düşdüyünü bildirib.

Agentliyin sözçüsü bildirib ki, sağ qalanların xilasedicilərə verdiyi məlumata görə, Kamerun, Fil Dişi Sahili, Qvineya və Malidən olan 56 miqrantdan ibarət qrup Tunisin Sfaks şəhərindən yola düşdükdən bir neçə saat sonra pis hava şəraiti səbəbindən suya düşüb.

İtaliyanın sahil mühafizəsindən isə ayrıca martın 18-də rezin qayığın qəzaya uğraması xəbərini aldıqdan sonra müdaxilə etdiyini və 10 sağ qalan şəxs və 6 ölü aşkar etdiyi deyilib..

Sahil Mühafizəsi axtarış-xilasetmə işlərinin martın 19-da davam etdiyini bildirib.

QAZİLER.AZ

Diaspora