Obama Ərdoğanla razılaşdı: Əsəd gedir

Obama Ərdoğanla razılaşdı: Əsəd gedir backend

Türkiyə Prezidenti Tayyib Ərdoğanla amerikalı həmkarı Barak Obama arasında Əsədin getməsi ilə bağlı razılıq əldə olunub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.


Xəbərə görə, liderlər arasında 65 dəqiqə davam edən görüşdə şənbə günü Vyanada əldə olunan atəşkəs razılığı yenidən müzakirə olunub. Təfərrüatları yenidən gündəmə gətirən liderlər “Suriyada həll prosesində Əsədin yeri olmadığı" mövzusunda razılığa gəliblər.

İki lider arasında İŞİD-ə qarşı mübarizə tədbirləri də müzakirə olunub. Yayılan məlumatlara görə, Ərdoğan terrorçulara qarşı yeni strategiyanın hazırlanmasının və hava əməliyyatları ilə bərabər, quru əməliyyatlarının da aparılmasının vacib olduğunu deyib.
Diaspora