Skandinaviya ölkələri Avropa İttifaqını (Aİ) Ukraynanın üzvlük prosesinin irəliləməsi üçün konkret təkliflər verməyə çağırır.
Qaziler.az bildirir ki, bu barədə "Politico" xəbər verir.
İsveç, Finlandiya, Danimarka, Latviya, Litva və Estoniyanın aparıcı diplomatları birgə məktubda Brüsseli "Ukraynanın Aİ-yə daxil olması prosesinin qətiyyətlə irəliləməsinə dair konkret təkliflər" verməyə çağırıblar.
"Ukraynanın Aİ-yə üzvlüyü perspektivinə tam və qeyd-şərtsiz sadiqliyimizi təsdiq edərək, üzvlük prosesini sürətləndirməyə çağırırıq. Bu istiqamətdə iddialı və effektiv qərarların qəbul edilməsinin vaxtı çatıb", - məktubda deyilir.
QAZİLER.AZ