Boris Conson Putin və Trampın telefon danışığı haqqında: O, bizə gülür

Boris Conson Putin və Trampın telefon danışığı haqqında:  O, bizə gülür backend

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ prezidenti Donald Trampın Rusiya diktatoru Vladimir Putinlə Ukraynada müharibəyə son qoyulması ilə bağlı telefon danışığından danışıb. O hesab edir ki, Kreml rəhbəri sülh istəmir.

Bu barədə RBC-Ukrayna onun sosial şəbəkədəki paylaşımına istinadən məlumat yayıb.

"Hansı sürpriz - Putin qeyd-şərtsiz atəşkəsi rədd edir. O, günahsız ukraynalıları bombalamağa və öldürməyə davam etmək istəyir", - Conson yazıb.

O əlavə edib ki, Rusiya diktatoru Ukraynanı tərksilah etmək, neytrallaşdırmaq və “Rusiyanın vassal dövləti” etmək istəyir.

 "O, danışıqlar aparmır. O, bizə gülür", - Böyük Britaniyanın keçmiş baş naziri fikrini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora