Tramp Kanadanı "rəzil ölkələrdən biri" adlandırdı

Tramp Kanadanı "rəzil ölkələrdən biri" adlandırdı backend

ABŞ prezidenti Donald Tramp deyib ki, Kanada onun indiyə qədər üzləşdiyi “ən rəzil ölkələrdən biridir”.

Qaziler.az bildirir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.

O, Kanadanın "51-ci ştat  olmalıdır" iddialarını təkrarladı və eyni zamanda ölkəni ticarət tərəfdaşı kimi tənqid etdi.

Xüsusilə də Tramp Kanadanın keçmiş baş naziri Castin Trüdonun nümayəndələrini tənqid edərək, onları “rəzil” adlandırıb və “onlar heç vaxt həqiqəti söyləməyiblər” deyib.

Eyni zamanda Amerika prezidenti əlavə edib ki, onun üçün mühafizəkarlarla yox, Kanada Liberal Partiyasının nümayəndələri ilə iş görmək daha asandır.

QAZİLER.AZ

Diaspora