Prezident: “Dişləyəcəm“

Prezident: “Dişləyəcəm“ backend

Türkiyənin Antalya şəhərində keçirilən “G-20 liderlərinin zirvə toplantısı cixxi müzakirələtdən başqa maraqlı anlarla da yadda qalıb. Belə maraqlı dialoqlardan biri isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla jurnalistlər arasında olub.

ANS PRESS-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə görüşdən öncə salonun girişindəki furşetdə təqdim edilən meyvələrdən birini götürüb.

Əvvəlcə əlinə aldığı şaftalını bıçaqla kəsmək istəyib. Lakin sonradan jurnalistlərə üzünü çevirərək meyvəni dişləyib yeyecəyini deyib. "Üzrlü hesab edin. Dişləyib yeyəcəyəm". Prezidentin belə deməyi salonda təbəssülə qarşılanıb.

Daha sonra jurnalistlər iki prezidentin (Ərdoğan və Putin) görüntüsünü çəkiblər. Bu zaman Türkiyə prezidenti rusiyalı həmkarından Almaniya kansleri Angela Merkellə görüşün necə keçdiyini soruşub. Putin də ingilis dilində "goog, very good" (yaxşı, çox yaxşı) deyə cavab verib.

Türkiyə prezidenti ötən gün Antalyada keçirilən zirvə toplantısına qatılan dünya liderləri ilə görüşüb. O, liderlərin şərəfinə yemək də verib. R.T.Ərdoğan günün son görüşünü V.Putinlə keçirib.
Diaspora