Conson Ukrayna siyasətində millətçilərin olduğunu etiraf edib

Conson Ukrayna siyasətində millətçilərin olduğunu  etiraf edib backend

“Ukraynalı millətçilər Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün əsas maneəyə çevriliblər”.

Qaziler.az xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “Triggernometry” podkastına müsahibəsində bildirib.

O qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlərin uğursuzluğuna səbəb onlar olub.

“2019-cu ildə Zelenski Putinlə sövdələşməyə cəhd edib. Xatırladığım qədərilə, onun əsas problemi ukraynalı millətçilərin kompromis qəbul edə bilməmələri idi”, - deyə britaniyalı siyasətçi bildirib.

Conson vurğulayıb ki, Zelenski öz hərəkətlərində ağılsız deyil, əksinə, çətin siyasi vəziyyətdə kompromis tapmağa çalışıb. Bununla belə, keçmiş baş nazirin fikrincə, razılığa gəlmək yolunda əsas maneə məhz millətçilərin təzyiqi olub.

QAZİLER.AZ

Diaspora