“Kiyev neytral statusun təmin edilməsi və Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması imkanlarını müzakirə etmir”.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Prezident aparatının rəhbəri Andrey Yermak öz “Telegram” kanalında yazıb.
“Ukrayna neytral statusu və silahlı qüvvələrinin sayını azaltmağı müzakirə etmir. Biz heç vaxt müvəqqəti olaraq işğal olunmuş əraziləri Rusiya kimi tanımayacağıq”, - Yermak “vətəndaş cəmiyyəti”nin nümayəndələri ilə görüşündən sonra yazıb.
QAZİLER.AZ