Hondurasda içərisində 18 nəfərin olduğu təyyarə dənizə düşüb

Hondurasda içərisində 18 nəfərin olduğu təyyarə dənizə düşüb backend

Mərkəzi Amerika ölkəsi Hondurasda içərisində 18 nəfərin olduğu kiçik təyyarənin dənizə düşməsi nəticəsində 12 nəfər ölüb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Roatan qubernatoru Huqo Varela jurnalistlərə bildirib ki, "Xuan Manuel Qalvez" hava limanından  təyyarə havaya qalxdıqdan az sonra Roatan adasının sahillərində dənizə düşüb.

Səlahiyyətlilər axtarış-xilasetmə işləri nəticəsində 5 nəfərin xilas edildiyini, 12 nəfərin cəsədinin tapıldığını, itkin düşən şəxsin axtarışlarının davam etdiyini bildirib.

Yerli mətbuatın məlumatına görə, təyyarə dənizə düşdükdən sonra alovlanıb. Bu səbəbdən axtarış-xilasetmə işlərinin çətinliklə davam etdiyi paylaşılıb.

Mülki aviasiya rəsmisi Karlos Padilla bildirib ki, təyyarə uçuş-enmə zolağından sağa kəskin dönüş edib və sonra suya düşüb.

Səlahiyyətlilər bildiriblər ki, qəzada həlak olanlar arasında honduraslı musiqiçi Aurelio Martinez də var.

QAZİLER.AZ

Diaspora