Tramp administrasiyası Moskvanın Kiyevlə müharibəsinə son qoymaq üçün istənilən razılaşmanın bir hissəsi kimi Krımı Rusiya ərazisi kimi tanımağı nəzərdən keçirir.
Qaziler.az xəbər verir ki, bunu “Semafor” nəşri məsələdən xəbəri olan iki mənbəyə istinadla məlumat yayıb.
Hər iki mənbə bildirib ki, administrasiya rəsmiləri Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatından da eyni şeyi istəməsi ehtimalını müzakirə ediblər. Belə bir tələb Tramp administrasiyasını uzun müddətdir Krımı öz ölkəsinin ərazisi hesab edən Rusiya prezidenti Vladimir Putinin mövqeyi ilə uyğunlaşdıracaq.
Mövzu ilə bağlı Ağ Ev şərh verməkdən imtina edib.
QAZİLER.AZ