Fransa prezidenti Emmanuel Makron Qərb müttəfiqlərini Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması üçün konkret plan, o cümlədən Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları hazırlamağa çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Liderlərin martın 15-də Londonda keçirilən onlayn görüşündən sonra verdiyi açıqlamada Makron ABŞ və Ukrayna prezidentləri ilə danışıqlarından bəhs edib. O, həm Ukraynanın təhlükəsizliyini, həm də regionda davamlı sülhü təmin edəcək planın yaradılması üçün birgə işləməyin zəruriliyini vurğulayıb.
Makron həmçinin prezident Zelenskinin 30 günlük atəşkəs təklifinə müsbət münasibətini qeyd edərək atəşkəsə ümid etdiyini bildirib.
“Biz indi bütün tərəfdaşlarımızla birlikdə konkret sülh planı təqdim etmək üçün irəliləməliyik. Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarını təmin edən sülh planı, Ukraynada və Avropada davamlı sülhə zəmanət verən sülh planı”, - o, “X” sosial şəbəkəsində yazıb və silahların səssiz qalmasının vaxtının gəldiyini vurğulayıb.
QAZİLER.AZ