Ukraynada qeyri-qanuni səfərbər edilənlərlə bağlı QADAĞA

Ukraynada qeyri-qanuni səfərbər edilənlərlə bağlı  QADAĞA backend

Ukraynada səfərbərliyin qeyri-qanuni tanınması ölkə sakinlərini hərbi xidmətdən azad etmir.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məhkəmə qərarında göstərilir ki, səfərbərlik zamanı hərbi xidmətə cəlb olunan şəxsin hərbi xidmətə çağırılması proseduru “geri qaytarılmır”. Eyni zamanda, səfərbərlik prosedurunun qanunsuz kimi tanınması “şəxsin əvvəlki statusunun bərpasına səbəb olmur”.

Qeyd edək ki, martın 15-də vətənə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski bəyan edib ki, Ukraynada səfərbərlik repressiya formasına çevrilib və ləğv edilməlidir. Onun sözlərinə görə, səfərbərlik insanların küçələrdə oğurlanmasına, qocaların, əlillərin və xəstələrin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsinə çevrilib.

QAZİLER.AZ

Diaspora