Cənubi Afrikanın Antarktidadakı alimləri bazadakı bir şəxsə görə kömək istəyiblər

Cənubi Afrikanın Antarktidadakı alimləri bazadakı bir şəxsə görə  kömək istəyiblər backend

Cənubi Afrika Respublikasının (CAR) Antarktika stansiyasındakı tədqiqatçı qrupu “Sanae IV” kömək üçün məktub göndərib.

Qaziler.az xəbər verir ki, bu barədə “Times” qəzeti yazıb.

Nəşr qeyd edib ki, komanda üzvlərindən biri bazada uzun müddət qaldıqdan sonra digərlərinə qarşı aqressivlik nümayiş etdirməyə başlayıb.

Jurnalistlərin əldə etdiyi məlumata görə, alimlərdən ibarət komanda çətin hava şəraiti səbəbindən ən azı doqquz ay xarici aləmdən tamamilə təcrid olunub.

Həmçinin Cənubi Afrikanın “Sunday Times”ə təqdim edilən sənədə görə, ötən həftə “Sanae IV” bazasından alınan bir e-poçt dərhal həyəcan təbilinin çalınmasına səbəb olub. Orada alim yazır ki, həmkarlarından biri onlara hücum etməyə başladığı üçün komandasının üzvləri qorxu içində yaşayırlar. Məktubda xilasetmə tələbi olub.

İstinad edilən məktuba görə, alim bazada qorxu mühiti yaradaraq komanda üzvlərindən birini öldürməklə hədələyib.

Məktubda deyilir: “Mən hələ də öz təhlükəsizliyimlə bağlı dərindən narahatam və daim növbəti qurbanın olub-olmayacağımı düşünürəm”.

Cənubi Afrikanın ətraf mühit naziri Dion Corc öz növbəsində vəziyyəti şəxsən qiymətləndirmək üçün komanda ilə əlaqə saxlayacağını bildirib.

Times məaləsində aqressiv kişinin cinsi təcavüzdə də günahlandırıldığı aydınlaşdırılır.

“Sanae IV” Cənubi Afrikanın Antarktidadakı bazasıdır. Burada qışın orta temperaturu mənfi 23 dərəcədir və küləyin sürəti 60 m/s-ə çatır. Bazada meteorologiya, tibb və mühəndislik sahəsində mütəxəssislər çalışır.

QAZİLER.AZ

Diaspora