Zelenski G7 sammitinə dəvət olunub

Zelenski G7 sammitinə dəvət olunub backend

Kanadanın yeni Baş naziri Mark Karni Ukrayna prezidenti Volodimir Zelenskini G7 sammitinə dəvət edib.

Qaziler.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

Nəşr qeyd edib ki, Karni martın 16-da axşam saatlarında Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışıb və onu bu yay Kanadanın ev sahibliyi etdiyi G7 sammitinə dəvət edib.

Martın 14-də məlum olub ki, G7 ölkələrinin xarici işlər nazirləri yekun birgə bəyanatla bağlı razılığa gəliblər. “Reuters”in məlumatına görə, bəyanatda Rusiya Ukraynada atəşkəs razılaşmasını rədd edəcəyi təqdirdə ona qarşı mümkün əlavə sanksiyalarla bağlı xəbərdarlıq yer alıb.

QAZİLER.AZ

Diaspora