Avropa İttifaqı 2025 və 2026-cı illər ərzində təxminən 2,5 milyard avro ayırmaqla Suriyaya maliyyə yardımının həcmini əhəmiyyətli dərəcədə artıracaq.
Qaziler.az “İnterfaks”a istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirilən beynəlxalq donor konfransında deyib.
O, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına istinad edərək, bu il 1,5 milyon suriyalının öz ölkələrinə qayıda biləcəyini bildirib. Həmçinin, vurğulayıb ki, məcburi köçkün hesab edilən daha iki milyona yaxın insan öz evlərinə qayıda biləcək.
“Buna görə də Avropa İttifaqı bu gün suriyalılara öhdəliyini – ölkə daxilində və regionda – 2025 və 2026-cı illər ərzində demək olar ki, 2,5 milyard avroya qədər artırır”, - Avropa İttifaqının rəhbəri Suriya üzrə donor konfransında deyib.
QAZİLER.AZ