Böyük Britaniyanın baş naziri Kir Starmer minlərlə britaniyalı hərbçini Ukraynaya yerləşdirməyə razı ola bilər. Onlar ölkədə uzun illər qala bilərlər.
Qaziler.az bildirir ki, bu barədə "The Times" xəbər verir.
Nəşrin yazdığına görə, Starmer sülhü qorumaq üçün Qərb müttəfiqləri ilə yanaşı Britaniya qoşunlarını "nə qədər lazımdırsa" yerləşdirməyə dair açıq öhdəlik götürməyə hazırdır.
“The Times” yazır ki, “arzu edənlər koalisiyasının” müdafiə rəhbərləri sülhməramlı qüvvələrin hara yerləşdirilməli olduğunu “dəqiqliklə” müzakirə etmək üçün bu cümə axşamı Londonda görüşəcəklər.
Britaniya, Fransa, Türkiyə, Kanada, Avstraliya da daxil olmaqla bir çox ölkə Ukraynaya 30 minə qədər hərbçi göndərmək planlarını müzakirə edir. Digər ölkələr silah və logistika ilə bağlı yardım etməyə hazırdır.
QAZİLER.AZ