Modi Ukraynadakı müharibə haqqında: Həll yolu yalnız danışıqlar masası arxasında olacaq

Modi Ukraynadakı müharibə haqqında: Həll yolu yalnız danışıqlar masası arxasında olacaq backend

Ukraynada genişmiqyaslı müharibə ilə bağlı qərar yalnız Kiyev və Moskva danışıqlar masasına oturduqda veriləcək.

Qaziler.az bildirir ki, bu barədə "Lex Fridman"a müsahibəsində Hindistanın baş naziri Narendra Modi deyib.

Modi bildirib ki, Hindistan sülhü dəstəkləyir və “harada bacarırsa” sülhməramlı kimi çıxış etməyə hazırdır. O, həmçinin əlavə edib ki, onun həm Rusiya Federasiyası , həm də Ukrayna ilə “səmimi münasibətləri” var.

"Mən prezident Putinlə (Vladimir Putin, - red.) oturub deyə bilərəm: "İndi müharibə vaxtı deyil." Eyni şeyi dostcasına prezident Zelenskiyə (Vladimir Zelenski, - red.) deyə bilərəm: "Qardaş, dünyada nə qədər insan səni dəstəkləsə də, döyüş meydanında bunun həllini tapa bilməyəcəksən. Yalnız sülh bu həllin açarıdır. Həll yalnız həm Ukrayna, həm də Rusiya danışıqlar masası arxasına oturduqda əldə olunacaq”.

Hindistan hökumətinin başçısı qeyd edib ki, Ukrayna öz müttəfiqləri ilə məsləhətləşə bilər, lakin bu, guya “səmərə verməyəcək”, çünki müzakirədə müharibənin hər iki tərəfi iştirak etməlidir.

“Ümid edirəm ki, indi vəziyyət Ukrayna və Rusiya arasında məhsuldar dialoqu asanlaşdırır”. - deyə o, əlavə etdi.

QAZİLER.AZ

Diaspora