Səudiyyə Ərəbistanında 50-dən çox şəxs həbs edilib - SƏBƏB

Səudiyyə Ərəbistanında 50-dən çox şəxs həbs edilib - SƏBƏB backend

Səudiyyə Ərəbistanında əxlaqsızlıqda şübhəli bilinən, aralarında əcnəbilərin də olduğu 50-dən çox şəxs saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə martın 16-da "Financial Times" qəzeti yazıb.

Saxlanılanlar fahişəlikdə, eləcə də qadın və uşaqları küçədə dilənçilik etməyə məcbur etməkdə şübhəli bilinirlər.

Qeyd olunur ki, 2019-cu ildə hökumət “ictimai ədəb” qanunu elan edib, lakin o, ciddi şəkildə tətbiq olunmayıb. Vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud bu yaxınlarda Daxili İşlər Nazirliyində “ictimai təhlükəsizlik və insan alveri” məsələlərini həll etmək üçün bir bölmənin yaradılmasını əmr verib.

"Agentlik 11 qadını fahişəliyə görə həbs edib. Bu, Səudiyyə Ərəbistanının hakimiyyət orqanlarının on ildən artıq müddətdə ilk dəfədir ki, bu praktikanın mövcudluğunu açıq şəkildə etiraf edir", - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora