Yəməndəki husilər: ABŞ-ın Yəmənə hücum hazırlıqları nəticəsiz qaldı

Yəməndəki husilər: ABŞ-ın Yəmənə hücum hazırlıqları nəticəsiz qaldı backend

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisinin ölkəyə intensiv hücumları səbəbindən son 24 saatda ikinci dəfə ballistik raketlər və PUA-larla vurulduğunu açıqlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, husilərin hərbi sözçüsü Yəhya Sariya verdiyi açıqlamada, Bədr döyüşünün ildönümündə “ABŞ-ın Yəmənə hücumlarına cavab olaraq və İslamın zülm və təkəbbürlə mübarizəsinin davamı olaraq” bir neçə saat davam edən əməliyyatda Qırmızı dənizin şimalında yerləşən təyyarə gəmisinin ballistik, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə vurulduğunu bildirib.

Sariyə Yəmənə hücuma hazırlıqların nəticəsiz qaldığını vurğulayıb.

O, raket və PUA hücumları nəticəsində ABŞ döyüş təyyarələrinin geri dönmək məcburiyyətində qaldığını bildirib.

QAZİLER.AZ

Diaspora