Türkiyə ABŞ-yə başsağlığı verdi

Türkiyə ABŞ-yə başsağlığı verdi backend

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-da tornado və fırtınalar nəticəsində insan tələfatı ilə bağlı Amerika xalqına başsağlığı verib.

Qaziler.az bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlamada, ABŞ-ın bəzi ştatlarını təsir edən tornado və şiddətli fırtına nəticəsində insan itkisindən dərin kədərləndiyini bildirib.

“Amerika xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, - məlumatda deyilir.

ABŞ-da şiddətli fırtınalar ölkənin mərkəzi və cənub bölgələrində həyatı iflic edib, Texas və Missuri ştatlarında ən azı 17 nəfərin öldüyü bildirilir.

QAZİLER.AZ

Diaspora