Əfqanıstan Mərkəzi bankının əməkdaşları işlədikləri bankı qarət edərək qaçıblar. ANS PRESS-in məlumatına görə, hadisə Qəndəhar əyalətində, bankın bu bölgədəki şöbəsində baş verib.
Faktla bağlı açıqlama verən bank rəsmisi, işçilərin 81 milyon əfqani (təxminən 1.4 milyon dollar) məbləğində pulla yoxa çıxdıqlarını bildirib.Bankı qarət edən əməkdaşların Pakistana qaçdığı güman olunur.
Əfqanıstan Mərkəzi bankının Cənub-Qərb bölgəsi üzrə direktoru Fazil Əhməd Əzimi isə qarətin 9 ildir həmin şöbədə işləyən yüksək vəzifəli bir məmur, onun həmin şöbədə fəaliyyət göstərən oğlu və kürəkəni tərəfindən törədilmiş ola biləcəyini deyib.
Faktla bağlı araşdırmalar davam edir.