Ukrayna şübhəsiz sülh tərəfdarıdır. Rusiya Prezidenti Vladimir Putin isə atəşkəsi gecikdirməyə çalışır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib.
Dünya ölkələrini atəşkəsə çağıran Starmer bildirib ki, dünya hərəkətə keçməlidir:
“Boş söz və şərtləri buraxın. Mesajım aydındır, tez və ya gec Putin masaya oturmalı olacaq”.
Starmer bildirib ki, Putini yeni hücumdan çəkindirmək üçün ABŞ-ın dəstəyindən başqa alternativ yoxdur:
“ABŞ-la birlikdə hərəkət etmək lazımdır. Biz hər gün ABŞ-la əlaqə saxlayırıq".