ABŞ-ın Arizona ştatından demokrat senator Mark Kelli, prezident Donald Trampın tərəfdarı olan İlon Maskla ictimai mübahisədən sonra Tesla Model S avtomobilindən imtina edib.
QAZİLER.AZ Musavat.com-a istinadən xəbər verir ki, senator Kelli Tesla-nı “Maskın Tramp üçün çalışdığını nümayiş etdirən reklam lövhəsi” adlandırıb. O, Tesla əvəzinə ağ rəngli Chevy Tahoe markalı avtomobil aldığını bildirib.
Senatorun sözlərinə görə, bu qərarın verilməsində əsas səbəblərdən biri də Maskın hökumətin səmərəlilik departamentinə rəhbərlik etməsi və bu qurumun federal agentliklərdə on minlərlə işçinin ixtisarına təkan verməsi olub.