Avropa ölkələri Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirməyə çalışır, lakin Vaşinqton hazırkı vəziyyətdə yeni məhdudiyyətlərin əleyhinədir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.
G7 xarici işlər nazirlərinin Kanadada keçirilən görüşündə Rubionun qeyd etdiyi kimi, Aİ-nin Rusiya Federasiyasına qarşı yeni tədbirlər tətbiq etməsi və onları daha da genişləndirməyi planlaşdırması ilə əlaqədar sanksiyalar məsələsi müzakirə olunub. G7 üzvləri yekun bəyanatında Moskvaya xəbərdarlıq ediblər ki, Rusiya hərbi əməliyyatları dayandırmazsa, məhdudiyyətlərin və Kiyevə dəstəyin artırılması mümkün olacaq.
“Biz onların [Avropalıların] alacağı qərarlara və ya hərəkətlərə nəzarət edə bilmərik”, - Rubio müttəfiqlərin planları haqqında deyib.
QAZİLER.AZ