Bundestaq Almaniyadan "COVID-19"un mənşəyi ilə bağlı məlumatları açıqlamağa çağırıb

Bundestaq Almaniyadan "COVID-19"un mənşəyi ilə bağlı məlumatları açıqlamağa çağırıb backend

Kəşfiyyata nəzarətdən məsul olan Bundestaq komitəsi Almaniya Nazirlər Kabinetini COVID-19 pandemiyasına səbəb olan koronavirusun mümkün laboratoriya mənşəyi ilə bağlı məlumatları açıqlamağa çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti məlumat yayıb.

"Kəşfiyyat xidmətlərinə nəzarət edən Bundestaq orqanı Almaniya hökumətini koronavirus pandemiyasının mənşəyi ilə bağlı məlumatlarını ictimaiyyətlə bölüşməyə çağırıb", - hesabatda deyilir.

Deputatlar araşdırmalar başa çatdıqdan sonra məlumatların açıqlanacağına ümid etdiklərini bildiriblər.

QAZİLER.AZ

Diaspora