Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Rusiyadan Ukrayna ilə ilkin şərt olmadan atəşkəslə razılaşmağı tələb edib.
Qaziler.az “Daily Mail”ə istinadla xəbər verir ki, o, bunu Kanadada keçirilən G7 sammitində bildirib.
“Düşünürəm ki, indi heç bir şərt olmadan atəşkəsin zamanıdır. Ukrayna öz mövqeyini açıqlayıb. İndi Rusiya bunu qəbul etməlidir”, - Lemmi bildirib.
O əlavə edib ki, G7 ölkələrinin liderləri Rusiya prezidenti Vladimir Putinin guya “oyun qaydalarını dəyişməsinə” icazə verilməyəcəyi barədə fikirlərində yekdildir.
QAZİLER.AZ