Rusiya prezidenti Vladimir Putin venesuelalı həmkarı Nikolas Maduronu mayın 9-nu Moskvada qeyd etməyə dəvət edib.
Qaziler.az xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, videokonfrans danışıqları zamanı o, Karakasın nasist Almaniyası üzərində ümumi qələbəyə töhfə verdiyini xatırladıb.
“Sizi Moskvada 9 May Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirdə görməyə şad olardım. Xatırladaq ki, faşizmə qarşı mübarizənin çətin illərində Venesuela anti-Hitler koalisiyasının tərəfində idi. Venesuela yanacaq və sürtkü materiallarının tədarükündə mühüm rol oynayıb", - Putin qeyd edib.
QAZİLER.AZ