Lukaşenko: "Putinə Ukraynadan zəng gəlib"

Lukaşenko: "Putinə Ukraynadan zəng gəlib" backend

Belarus lideri Aleksandr Lukaşenko bildirib ki, Rusiya prezidenti Ukrayna hakimiyyəti ilə əlaqə saxlayıb, lakin bu danışıqlar gizli aparılıb, hələlik açıq məlumat deyil.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.

“O hələlik heç bir təfərrüat açıqlaya bilməz, bu daha sonra ortaya çıxacaq”, - deyən Lukaşenko jurnalist Olqa Skabeevaya müsahibəsində Ukraynada razılığa gələ biləcək siyasətçnin olmadığına eyham vurub.

Belarus rəhbəri əlavə edib ki, Putinə Ukraynadan zəng gəlib. Onun sözlərinə görə, qarşı tərəfdə “danışıqlar üçün böyük istək” yoxdur.

“Bizimlə, Rusiya və sairə ilə danışmaq üçün böyük bir istək görmürük. Mən deməyəcəm, qoy Vladimir Vladimiroviç desin. Ona zəng ediblər, danışıblar”, - deyən Lukaşenko bunun ictimai olmayan razılaşma olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora