Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə Amerika lideri Donald Trampın Kursk bölgəsində rus qoşunları tərəfindən mühasirəyə alınan ukraynalı hərbçiləri bağışlamaq çağırışını oxuduğunu bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putinin sözlərinə görə, bunun üçün Kiyev öz hərbçilərinə təslim olma əmri verməlidir.
İşimizə başlamazdan əvvəl demək istərdim ki, biz ABŞ Prezidenti cənab Trampın Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınmış əsgərlərin həyatını xilas etmək üçün bugünkü müraciəti ilə tanış olduq”, - Putin qeyd edib.
Rusiya dövlət başçısı əlavə edib ki, amerikalı həmkarının çağırışına müsbət yanaşır. O qeyd edib ki, Rusiya Ukrayna hərbçilərinə münasibətdə humanitar mülahizələrin rəhbər tutulmasının zəruriliyini anlayır.
QAZİLER.AZ