“Parisdəki terror aktları Suriyada planlaşdırılıb”.

“Parisdəki terror aktları Suriyada planlaşdırılıb”. backend

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Fransanın baş naziri Manuel Vals deyib. O qeyd edib ki, bu hücum Suriyaərazisində düşünülüb, planlaşdırılıb və təşkil olunub: “Terror aktları yaxın həftələrdə və aylarda təkrarlana bilər. Bütün bunlara hazır olmaq lazımdır”.

Baş nazir bildirib ki, ölkənin xüsusi xidmət orqanları Fransa və digər Avropa ölkələrinə planlaşdırılan hücumlar barədə məlumatlıdır.