Danimarka Qrenlandiyanın ilhaq bəyanatlarından sonra Trampa beynəlxalq hüququ xatırladıb

Danimarka Qrenlandiyanın ilhaq bəyanatlarından sonra Trampa beynəlxalq hüququ xatırladıb backend

Danimarka ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın mümkün ilhaqı ilə bağlı bəyanatına cavab verib. Ona beynəlxalq hüququ xatırladıblar.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Danimarka Xarici İşlər Nazirliyinin rəhbəri Lars Lyokke Rasmussenə istinadən məlumat yayıb.

Danimarkanın xarici işlər naziri Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı son şərhlərini rədd edib. O, adanın başqa ölkə tərəfindən tutula bilməyəcəyini vurğulayıb.

“Əgər NATO müqaviləsinə, BMT nizamnaməsinə və ya beynəlxalq hüquqa baxsanız, Qrenlandiya ilhaq edilə bilməz”, - Rasmussen jurnalistlərə deyib.

QAZİLER.AZ

Diaspora