Pakistanda məscidə hücum nəticəsində 4 nəfər yaralanıb

Pakistanda məscidə hücum nəticəsində 4 nəfər yaralanıb backend

Pakistanın Hayber Paxtunxva əyalətində məscidə edilən bombalı hücumda, "Camiat əl-İslami Üləma" (JUI-F) regional sədri Abdullah Nadim də daxil olmaqla 4 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, yerli mətbuatın məlumatına görə, polis məmuru Asif Bahadır vilayətin Cənubi Vəziristan rayonunda "Mövlana Əbdül Əziz" məscidinin minbərində gizlədilən əldəqayırma partlayıcı qurğunun partladığını bildirib.

Bahadır JUI-F Regional sədri Nadim və 3 partiya üzvünün partlayışda yaralandığını, yaralıların isə müalicə üçün Regional Mərkəzi Xəstəxanaya aparıldığını bildirib.

Bahadır hücumla bağlı istintaq başladıldığını bildirib.

QAZİLER.AZ

Diaspora