Fransaya vizaların verilməsi də dayandırılmayacaq

Fransaya vizaların verilməsi də dayandırılmayacaq backend

Fransanın Azərbaycandakı səfirliyi bu ölkəyə getmək istəyən şəxslərə vizaların verilməsini dayandırmayacaq. Bu barədə fins.az-a yerli turizm şirkətlərindən bildirilib. Xatırladaq ki, ötən həftənin sonu Parisdə qanlı terror hadisələri baş verib və son məlumatlara görə, bu hadisə nəticəsində 132 nəfər həlak olub. Hadisə və yaranan gərginlik nəticəsində bəzi aviaşirkətlər də Fransaya uçuşları dayandırıblar. Amma səfirlikdən bildirilib ki, ölkələrində fövqəladə hal elan olunmağına baxmayaraq vizaların verilməsini dayandırmayacaq: «Bu barədə heç bir müzakirə getməyib və belə bir addımın atılması da gözlənilmir».

Səfirlikdən bildiriblər ki, burada yalnız Fransaya deyil, həm də İspaniya, Belçika və Hollandiyaya viza verilir.

Virtualaz.org xatırladır ki, bir az əvvəl AZAL Fransaya aviareyslərin dayandırılmayacağı ilə bağlı açıqlama yaymışdı.
Diaspora