Fransanın Azərbaycandakı səfirliyində Parisdə baş verən terror aktı qurbanlarını yad etmək üçün xatirə kitabı açılıb. Virtualaz.org səfirliyin mətbuat xidmətinə istinadən bildirir ki, kitab bir həftə ərzində, saat 15.00-dan axsam saat 18.00-a qədər açıq olacaq.
Eyni zamanda Parisdə baş verən hadisə ilə bağlı səfirlik təhlükəsizlik tədbirlərini gücləndirib.Xatırladaq ki, Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində, son məlumatlara görə, 132 nəfər ölüb.