Türkiyə ABŞ-dən Rusiya qazının tədarükünü ödəmək üçün sanksiyalardan imtina müddətini uzatmağı xahiş etməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Jurnalistlərin istinad ediyi mənbələr dəqiqləşdirib ki, sanksiyalardan imtina müddəti martın 20-də başa çatır.
Bloomberg-in məlumatına görə, Ankara sanksiyalardan azad olma müddətinin uzadılması üçün fəal işləyir. Bu tələbin ABŞ-nin maliyyə naziri Skott Bessent ilə telefon danışığı aparacaq Türkiyənin maliyyə naziri Mehmet Şimşəkdən gələcəyi gözlənilir.
QAZİLER.AZ