Ukraynada atəşkəs razılaşması sülh sazişinin müqəddiməsi olmalıdır, yenidən silahlanma, yenidən qruplaşma, münaqişə və terror fəaliyyətlərini davam etdirmək üçün müvəqqəti atəşkəs olmamalıdır.
Qaziler.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa məlumat verib.
"Başlıcası odur ki, əsas məsələnin həllinə hazırlaşmaq, münaqişənin səbəbinə çevrilmiş şərtləri gələcəkdə istisna etmək, yenidən silahlanmaya, əməliyyatlara imkan verməmək, silah tədarükünün qarşısını almaqdır”, - Aleksey Çepa deyib.
Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya Ukrayna ilə münaqişənin sülh yolu ilə həlli üçün düşünülmüş variantlar üzərində işləyir.
QAZİLER.AZ