Trampla münasibətləri yaxşılaşdırmaq istəyən İrlandiya, əksinə hədələndi - KİV

Trampla münasibətləri yaxşılaşdırmaq istəyən İrlandiya, əksinə hədələndi - KİV backend

Avropa İttifaqı ölkələrinin rəhbərliyi İrlandiyanın baş naziri Mixol Martin və ABŞ prezidenti Donald Trampın Ağ Evdəki görüşünə fəal hazırlanıblar. Ümid ediblər ki, Avropa lideri Ağ Ev rəhbərini Aİ-yə qarşı tariflər və Ukraynaya dəstək ehtiyacı ilə bağlı fikrini dəyişməyə inandıra biləcək.

Qaziler.az xəbər verir ki, bu barədə “The Washington Post” öz mənbələrinə istinadən xəbər verib.  Qeyd olunub ki, təşəbbüs uğursuzluqla başa çatıb.

Xatırladaq ki, Martinin Vaşinqtona səfəri martın 12-də baş tutub.

Nəşrin məlumatına görə, Aİ liderləri əvvəlcə ümumi danışıqlar strategiyası hazırlayıb və Amerika lideri ilə dialoqun necə aparılması ilə bağlı İrlandiyanın baş nazirinə təlimatlar veriblər. Martin Britaniyanın baş naziri Kir Starmer ilə də görüşüb, o, Trampı Avropaya qarşı qarşıdurma xarakterli ticarət siyasətindən əl çəkməyə və ABŞ-nin Rusiyaya qarşı mövqeyini sərtləşdirməyə necə inandırmaq barədə məsləhətlər verib.

Avropa liderlərinin Martin-Tramp görüşünə böyük ümid bəsləməsinə baxmayaraq, məqsədlərinin heç birinə nail olmayıblar. Ağ Evdəki görüş cəmi bir saat davam edib və onun böyük hissəsi jurnalistlərin önündə keçirilib.

İclasda Tramp İrlandiya və bütövlükdə Avropa Birliyinin ticarət və vergi siyasətini tənqid edib. O, həmçinin Martinin media mühitində ona çatdırmağa çalışdığı etirazları rədd edib və avropalıların Vaşinqtonun hərəkətlərinə cavab tarifləri tətbiq etmək planlarına görə Aİ-ni yeni tariflərlə hədələyib.

QAZİLER.AZ

Diaspora