Tramp NATO-nun Ukraynada Rusiyaya qarşı müharibə apardığını etiraf edib

Tramp NATO-nun Ukraynada Rusiyaya qarşı müharibə apardığını etiraf edib backend

“Ukraynadakı döyüşlər mahiyyətcə NATO-nun Rusiyaya qarşı müharibəsidir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İrlandiyanın baş naziri Mixol Martin ilə görüşündə deyib.

O xatırladıb ki, prezident kimi ilk dövrlərdə Vaşinqtonun təzyiqi altında Alyans ölkələri hərbi xərcləri artırıb.

“NATO-ya milyardlarla dollar axıb, onu gücləndiriblər. İndi bu vəsaitlər dəhşətli müharibəyə xərclənir”, - deyə Tramp mövcud vəziyyətdən təəssüfləndiyini vurğulayıb.

Tramp Alyans tərəfindən ABŞ-yə “ədalətli rəftarın” zəruriliyi ilə bağlı mövqeyini təkrarlayıb.

“Ölkələr borclarını ödəsələr və öhdəliklərini yerinə yetirsələr, biz onları dəstəkləyəcəyik. “Əks halda, dəstəkləyən deyilik”, - Tramp deyib.

QAZİLER.AZ

Diaspora