Filippinin keçmiş liderinin 7 il ərzində bir çox qətllər törətdiyi iddia edilir

Filippinin keçmiş liderinin 7 il ərzində bir çox qətllər törətdiyi iddia edilir backend

Beynəlxalq Cinayət Məhkəməsi Filippinin 79 yaşlı keçmiş prezidenti Rodriqo Duterteni həbs edib. O, insanlığa qarşı cinayət törətməkdə şübhəli bilinir.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.

Müstəntiqlərin fikrincə, keçmiş siyasətçi 2011-ci il noyabrın 1-dən 2019-cu il martın 16-na kimi Filippində törədilən qətllərdə əli ola bilər.

Duterte daha əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Palatasının həbs qərarına əsasən Filippin hakimiyyəti tərəfindən saxlanılmışdı. Hadisə Manila Beynəlxalq Hava Limanında baş verib. Duterte 30 iyun 2016-cı ildən 2022-ci il iyunun 30-dək Filippinin prezidenti olub.

QAZİLER.AZ

Diaspora