Rusiyanın "İrAero" aviaşirkətinə məxsus təyyarə uçuş zamanı depressurasiya ilə (təzyiqsizlik) üzləşib.
Qaziler.az xəbər verir ki, bu barədə “Aviaincident” teleqram kanalı xəbər verir.
Hadisə martın 12-də Mançuriyadan Krasnoyarska uçan təyyarənin göyərtəsində baş verib.
Telekanalın məlumatına görə, ekipaj üzvləri vəziyyət barədə xəbər verib və təcili eniş tələb edib. Təyinat üzrə hava limanına eniş problemsiz həyata keçirilib. Heç kim xəsarət almayıb.
QAZİLER.AZ