Rusiya hərbçiləri və könüllüləri Kursk vilayətinin Sudja şəhərindən 68 mülki vətəndaşı təxliyə ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Xinşteyn “Telegram” kanalında məlumat verib. O, qeyd edib ki, 52 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərinə, 16 nəfər isə qohumları tərəfindən aparılıb.
“Ən çox gözlənilən xəbər... Hərbi və könüllü qüvvələr tərəfindən 68 vətəndaşımız Sudja ərazisindən təxliyə edilib”, - rayon rəhbəri yazıb.
Aleksandr Xinşteyn qeyd edib ki, insanlar həkimlər tərəfindən müayinə olunub və ilkin məlumatlara görə, heç kimin təcili xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Hadisə yerində Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin, Regional Təhlükəsizlik Komitəsinin və polisin əməkdaşları işləyir.
QAZİLER.AZ