QAZPROM UKRAYNANIN QAZINI 2 GÜNƏ DAYANDIRACAQ?

QAZPROM UKRAYNANIN QAZINI 2 GÜNƏ DAYANDIRACAQ? backend

Rusiyanın Qazprom şirkəti fevralın 26-dan Ukraynaya qaz verilməsini dayandıra bilər.

UNİAN.net-in məlumatına görə, bu addım Avropanın da qazla təhcizatının dayanmasına səbəb ola bilər.

"Ukrayna qaza görə qabaqcadan ödəməni vaxtında etməyib", - deyə Qazprom şirkətin rəhbəri Aleksey Miller bildirib.

Ukraynanın Naftaqaz şirkəti bundan əvvəl Qazpromu haqqı ödənilmiş qazı tam verməməkdə günahlandırıb.

Şirkət deyir ki, əvvəlcədən ödənilmiş 114 milyon kubmetr qazın təxminən 47 milyon kubmetrini ala bilib.

Qazprom isə deyir ki, Kiyev Donetsk və Lugans vilayətlərinin qazla təhcizatını dayandırdığına görə bu əraziləri də qazla təmin edir.

Şirkət deyir ki, bu vilayətlərin qazla təhçiz edilməsi Naftaqazla imzalanan müqavilənin tərkib hissəsidir.
Diaspora